Politoloq ölkənin zibilliyə çevrilməsinə belə münasibət bildirdi
Son günlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zibillənməsi mövzusunun gündəmə gəlməsi bir çox reaksiyalara səbəb olub. Politoloq Elxan Şahinoğlunun mövzuya münasibəti isə gündəm olub.
İşğaldan azad edilmiş ərazilərin tullantılarla zibillənməsi barədə son günlər yayılan xəbərlərə və problemin həlli istiqamətində irəli sürülən fikirlərə tanınmış politoloq Elxan Şahinoğlu özünəməxsus reaksiya verib.
Sosial şəbəkədə Elxan Şahinoğlu məsələyə bu cür fikirlər yazmaqla münasibət bildirib:
“Azad edilmiş ərazilərin təmiz saxlanılması vacibdir, son günlər bu haqda xeyli video paylaşılıb, danışılıb, yazılıb, açıqlama verilib. Ancaq məsələnin qoyuluşunu dəyişmək lazımdır. Ərazilərin təmiz saxlanılması yalnız azad edilən ərazilərə şamil edilməməlidir, məmləkətin hər yerinin təmiz saxlanılması uğrunda mübarizəyə başlamalıyıq. Mənim üçün Laçın və Şuşada bulaqların ətrafını zibilləyənlərlə Pirşağının dəniz sahilinə qarpız atan arasında fərq yoxdur. Belə getsə, imkan olduqca əlimə böyük sellofan alıb zibil təmizləməklə məşğul olacam, çünki maarifləndirmə hələ ki, müsbət nəticə vermir”,-Palitoloq deyib. O məsələyə beləcə münasibəti ilə zibillərin yığılması və təmizliklə məşğul olmalı olan qurumların fəaliyyətinin kafi olmadığına ehyam vurub.