Avq 26, 2024 12:43 Asia/Baku
  • Müsavat Partiyasının deputatlığa namizədi qəzaya düşüb

Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi, tarixçi alim Nəsiman Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşərək ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, avqustun 25-də saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu “Nissan” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib, nəticədə maşın yol kənarına aşırıb.

Nəsiman Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Lakin tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, deputatlığa namizəd Nəsiman Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.

Nəsiman Yaqublu Müsavat Partiyası Divanının 12 iyul 2024-cü ildə növbədənkənar iclasında alınan qərarla partiyanın 2024-cü il növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi olmuşdur

 

Teqlər