Deputat Fazil Mustafa:
“Azərbaycan məktəblisinin səhhətini məhv edərək pul qazanmaq istəyirlər”
Deputat Fazil Mustafa məktəbli geyimlərində sintetik materialdan istifadə edilməsinin məktəblilərin sağlamlığını ciddi təhlükə altında aldığını deyib.
“Satışda sintetik materialdan məktəbli geyimlərinin olması cəmiyyəti həqiqətən düşündürən və narahat edən məsələlərdən biridir. Əslində formaların kefiyyətli təşkili çox sadə məsələdir, lakin qəsdən mürəkkəbləşdirilir və gündəmə gətirilir”, - Deputat Fazil Mustafa deyib.
Siyasətçi bildirib ki, bu kiminsə pul qazanmasına və azərbaycanlıların uşaqlarının xəstəlik tapmasına yönəlmiş bir xətdir.
“Azərbaycan məktəblisinin gələcəyini, səhhətini məhv edərək pul qazanmaq istəyirlər? Buna baxılmalı və kefiyyətə hansısa qurum tərəfindən zəmanət verilməlidir.
Sintetik malla hansı kefiyyətdən danışmaq olar? Elm və Təhsil Nazirliyi yaxasını kənara çəkib qıraqdan müşahidəçi kimi baxmamalıdır. Yüzlərlə mexanizm və qurğu yaradılıb, ancaq heç biri məktəbin inkişafına müəyyən dərəcədə təsir göstərə bilmir”,- Parlamentin üzvü deyib.
F.Mustafanın sözlərinə görə, sintetik paltarlar uşaqların əqli və cinsi inkişafına müəyyən dərəcədə təsir göstərir:
“Buna strateji məsələ kimi baxıram. Millətin, uşaqların gələcəyinə təhlükədir”,- Fazil Mustafa bildirib.