Hacı Mətləbə atılmayan şərr, böhtan qaldı?
2023-cü ilin yanvar ayında həbs olunan Mətləb Bağırovun haqda məhkəmə işi qaldırılıb. Azərbaycanlı ruhaninin haqqında çıxarılan və irəli sürülən iddialardan məlum olur ki, Azərbaycanda dini təbliğat, dini informasiya, İslam maarifi heç də qəbul edilmir.
SəhərAzəri-nin məlumatına əsasən, ruhaninin üzərinə qoyulmuş maddələr elə bir şeydir ki, guya Azərbaycanda təkcə bir nəfər o da hacı Mətləbdir ki, cinayətə əl atıb.Açıq-aydın görünür ki, "İran işi" ilə günahlandırılan ruhanilərin günahı yalnız İslam maarifini yaydıqları üçündür.
Mətləb Bağırova qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.