Sen 28, 2024 17:09 Asia/Baku
  • Yeni Müsavat İordaniyanı kəskin qınadı

İordaniya Kral Film Komissiyasının Amerikada yaşayan bir erməni rejissorun Azərbaycana qarşı çəkdiyi filmi “Oskar” mükafatına təqdim etmək üçün seçməsi Azərbaycanda narahatlıq doğurub.

Son günlər Deadline.com saytı bildirib ki, İordaniya Kral Film Komissiyası İordaniya əsilli erməni rejissor Sarin Ayrapetyanın “Mənim şirin ölkəm” sənədli filmini “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim etmək üçün seçib.

Film Qarabağın mənzərəli kəndində yaşayan və diş həkimi olmaq arzusunda olan 11 yaşlı Vrejenin hekayəsindən bəhs edir. Filmdə 11 yaşlı erməninin gələcək döyüşlərə hazırlaşmasından bəhs edilir.

Yeni Müsavat qəzeti İordaniyanın bu hərəkətini qınayan bir yazı dərc edib. Yazıda Azərbaycanla İordaniya əlaqələrinin keçmişi, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin İordaniyaya və İordaniya kralı ikinci Abdullahın Azərbaycana səfərləri, iki ölkə arasında tərəfdaşlıq müqavilələrinin imzalanmasını şərh edir və sonra yazır:

Belə bir ölkənin Film Komissiyasının revanşist qüvvələrə hesablanmış və bölgədə qızışdırıcı funksiyanı yerinə yetirən filmi beynəlxalq arenaya çıxarması təəccüb və təəssüf doğurur. 

Qəzet bir hadisəyə də diqqət çəkir: “ 44 günlük müharibədən sonra İordaniyaya səfər etmiş Ermənistanın o vaxtkı prezidenti Armen Sarkisyan İordaniyadakı erməni icması ilə görüşdə İordaniya kralı tərəfindən aldığı dəvəti belə şərh etmişdi: “Bu dəvət sübut edir ki, Ermənistan üçün ən ağır dövrdə İordaniya bizə yardım əlini uzatdı və bütün dünyaya, ilk növbədə də islam dünyasına göstərdi ki, Ermənistan yalnız deyil”,- Yeni Müsavaq qəzeti yazır.Qəzet dolayısı ilə İordaniyanı riyakarlıqda ittiham edərək məqaləni belə yekunlaşdırır:

“Azərbaycan Müdafiə Nazirliyinin saytında göstərilir ki, bu ölkə Azərbaycanın da hərbi-strateji tərəfdaşıdır. Hərbi-strateji tərəfdaşımız olan ölkə ermənilərin hamisi kimi davrana bilməz!

Teqlər