Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faiz razılaşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i415545-azərbaycanla_sülh_müqaviləsi_layihəsinin_80_90_faiz_razılaşdırılıb
Ermənistan baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin plenar iclasında bildirib ki, Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faizi razılaşdırılıb.
(last modified 2024-10-24T09:37:18+00:00 )
Okt 24, 2024 13:36 Asia/Baku
  • Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faiz razılaşdırılıb

Ermənistan baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin plenar iclasında bildirib ki, Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faizi razılaşdırılıb.

Ermənistanın dövlət başçısı deyib: “Həm Ermənistan, həm də Azərbaycan ötən aylarda dəfələrlə bəyan ediblər ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi ən azı 80-90% razılaşdırılıb”.

Onun sözlərinə görə, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək prinsipinə riayət edilməsi, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması ilə bağlı maddələr artıq tam şəkildə razılaşdırılıb.