Cənubi Qafqazda silahlanma rəqabəti genişlənir
Azərbaycan Respublikası hökuməti 2025-ci ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərclərini artırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, dövlət büdcəsinin layihəsində növbəti il üçün müdafiə və təhlükəsizlik xərclərinin ümumilikdə 8 milyard 396 milyon manat olacağı göstərilib.
Qeyd edək ki, ilkin olaraq adıçəkilən xərclər 6 milyard 658 milyon manat həcmində nəzərdə tutulmuşdu. Lakin rəsmi Bakı iddia edir ki, Ermənistanda silahlanmanın miqyasını nəzərə alaraq, Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Beləliklə də qonşu ölkə ilə sülh sazişinin təxirə salınması fonunda hökumət silahlanma yarışını gücləndirir.
Bu qərar, böyük dövlətlərin Qafqazda rəqabətinə şərait yaratmaqla həmin dövlətlərin regionu gərginləşdirmələrinə şərait yaradır. Bu, həm də İsrail rejiminin Bakıya daha artıq silah satmasına imkan verir. Halbuki neft və qaz gəlirlərini xalqın rifahı üçün də xərcləmək olardı.
Bütövlükdə hakimiyyətin militarist siyasəti qonşularla gərginliyə yol açaraq sülhü əngəlləyən gedişat kimi qəbul edilməlidir.