İqtisadçı ekspert ölkədə maaşların xeyli aşağı olduğunu deyir
Cənubi Qafqaz ölkələri arasinda ən az maaş Azərbaycandadır
İqtisadçı Samir Əliyev bildirib ki, Cənubi Qafqaz ölkələri arasinda ən az maaş Azərbaycandadır.
İqtisadçı alim deyib: “2024-cü ildə Azərbaycanda orta aylıq əmək haqqı 1009 manat ($593,6) olub. Bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir. Məsələn, Ermənistanda orta aylıq məvacib az qala 900 dollara çatıb. Gürcüstanda isə 2024-cü ilin 3-cü rübünün göstərici 753,4 dollar olub. Yəqin ki ilin sonuna daha da artar”.
Onun sözlərinə görə, Azərbaycanda ən yüksək maaşlı sektor mədən sənayesi 1971 ABŞ dolları ilə neft-qaz sektorudur. Bu sektor üzrə maaşlar ölkə üzrə orta göstəricidən bir-qayda olaraq 3-4 dəfə yüksək olur. İkinci ən yüksək maaş olan sektor isə maliyyə sektorudur. Bu sahə üzrə fərq 2-3 dəfə təşkil edir. Gürcüstanda isə yüksək maaşlı sahə informasiya və kommunikasiya, tikinti, maliyyə və elmi-texniki fəaliyyət sahələri hesab olunur.
Samir Əliyev qeyd edib ki, Ermənistanda əhali ən çox maaşı 3200 ABŞ dolları ilə maliyyə işçiləri və sonra 2400 ABŞ dolları ilə informasiya və rabitə sektorlarında işləyənlər alır.