Mart 05, 2025 13:43 Asia/Baku

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruzoğlu həbsxanada dünyasını dəyişib.

R.Vəliyev Novruzoğlu 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə altı il azadlıqdan məhrum edildi. Professor Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunmuşdu. Lakin onun həbsinin siyasi motivlər əsasında həyata keçirilməsi barədə bir çox dəlillər var:

Birincisi 2020-ci ilin sentyabr ayında Yurd TV-nin efirindən Dövlət Təhlükəsizlik Xidməti ilə bağlı dedikləri həbsinə əsas yaratmış ola bilərdi.

Həbsin ikincisi dəlili: Mərhum politoloq İran-Azərbaycan əlaqələrini daim müdafiə edir, onun inkişaf etdirilməsini istəyirdi.

Həbsin üçüncü səbəbinə gəlincə: Rövşən Novruzoğlu bir qayda olaraq Hizbullahı müdafiə edirdi. O, 2016-ci il martın 31-də demişdi: “Hizbullah Livan torpağına göz tikənlərin, İŞİD terror təşkilatı kimi baş kəsənlərin və zalımların qarşısında dayanıb. Bir sözlə Livan Hizbullahı haqq və ədalət partiyasıdır”.

Bu faktın özü tanınmış alimin İsrail rejiminin sifarişi ilə həbs olunması versiyasını ortaya çıxarır.

Rövşən Novruzoğlu bəlkə də Yaxın Şərqdə anti-terror əməliyyatlarının əfsanəvi sərkərdəsi general şəhid Qasim Süleymani ilə bağlı yazdığı kitaba görə kimlərinsə qəzəbinə tuş gəldi.

Şərqin dahi generalı Hacı Qasım Süleymani haqqında yazılmış “Şəhadətini gözləyən şəhid” adlı əsərin müəllifi professor Rövşən Novruzoğlu açıqlamasında demişdi ki, Azərbaycanda general Hacı Qasım Süleymaninin güclü və çoxlu tərəfdarları var.

Onun bu açıqlaması heç şübhəsiz ki, sionist rejimi səfirliyinin diqqətindən kənarda qala bilməzdi.

Beləliklə də alim 6 illik həbs həyatının 1 il yarımını başa vurduqdan sonra Haqq dərgahına qovuşdu.

Allah rəhmət eləsin!