Kommunikasiyaların açılması dalana düşüb
Ermənistan və Azərbaycan arasında regional tranzit yolları ilə bağlı mübahisə qızışır
Ermənistan hələ 2022-ci ildə iki ölkə arasında üç sərhəd keçid məntəqəsinin açılmasını təklif edib. Lakin Bakı bu təklifi rədd edib.Ermənistan Zəngilan-Meğri-Ordubad və Yerasx-Ordubad-Meğri marşrutları da daxil olmaqla tranzit yük daşımaları üçün infrastruktura malikdir. Ermənistan tranzit təhlükəsizliyini təmin etməyə, tranzit prosedurlarını sadələşdirməyə və qarşılıqlı anlaşma əsasında avtomatlaşdırılmış mexanizmlər tətbiq etməyə hazırlığını bildirsə də, Azərbaycan bu təkliflərdən imtina edir.Xatırladaq ki, Ermənistan tranzitlə bağlı onun suverenliyini və ərazi bütövlüyünü məhdudlaşdıran heç bir yazılı və ya şifahi öhdəlik götürmək istəmir.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın tranzit marşrutları ilə bağlı yazısına cavab verib.Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bəyan edib ki, Ermənistan regional nəqliyyat əlaqələrinin açılmasında həqiqətən maraqlıdırsa, öz öhdəliklərindən yayınmamalı və yeni regional reallıqlara uyğun olaraq kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır.Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elman Nəsirov isə deyir ki, Ermənistan tərəfi sülh sazişində qeyd olunan iki həll olunmamış məqamın həlli istiqamətində real addımlar atmır.Azərbaycanın dövlət mövqeyi ondan ibarətdir ki, Ermnistanın cənubundan keçən dəhlizdə heç bir maneə olmamalıdır, gömrük-keçid məntəqəsi olmamalıdır və Azərbaycan yükləri yoxlamadan keçməlidir. Lakin Ermənistan buna müqavimət göstərir və maneəsiz keçidin qarşılıqlı olmasını tələb edir.