Mart 08, 2025 17:40 Asia/Baku

Ermənistan hökuməti kommunikasiyaların birtərəfli qaydada açılması barədə öhdəlik götürdüyünü inkar edir.

Qarabağ münaqişəsinin başa çatmasından 4 il 6 aya yaxın bir müddətdən sonra Ermənistanla Azərbaycan arasında inamsızlıq aradan qalxmayıb və bu, kommunikasiya və nəqliyyat yollarının bərpası və istifadəsi ilə bağlı məsələlərdə özünü daha qabarıq şəkildə göstərir.

Azərbaycan tərəfi Ermənistan üzərindən Naxçıvan ilə əlaqə yaradan dəhlizin açılmasında israrlıdır, halbuki, Ermənistan bu məsələyə ehtiyatlı yanaşır və hansısa öhdəlik götürdüyünü inkar edir.

Bakı iddia edir ki, kommunikasiya yollarının açılması və nəqliyyat əlaqələrinin bərpası regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün vacibdir. Ancaq bu çağırış erməniləri qane etmir. Daha doğrusu, Ermənistan hökuməti daxili siyasi vəziyyəti nəzərə alaraq ölkənin suverenliyinin risk altına düşəcəyindən qorxur və bu istiqamətdə hətta 3-cü bir dövlətin dəhlizə nəzarət etməsinin əleyhinə çıxış edir.

Buna cavab olaraq rəsmi Bakı 10 noyabr razılaşmasının 9-cu bəndini rəhbər tutaraq, qonşu ölkənin əvvəl-axır öz öhdəliyini yerinə yetirməli olduğunu vurğulayır.

Bəlkə də erməni tərəfi 10 noyabr sənədinin tələm-tələsik imzalandığı üçün kommunikasiyalar məsələsində birtərəfli güzəştlərin, eləcə də Sünikdən keçən yolun Rusiya Sərhəd Qoşunlarının sərəncamına verilməsi ideyasının ona diktə edildiyini düşünüb sənədin dəyişdirilməsini istəyir, lakin bunu heç Rusiya da qəbul etməz. Beləliklə də kommunikasiya məsələsi faktiki olaraq dalana düşür. Əlbəttə maneəsiz keçid qarşılıqlı olarsa, Ermənistan böyük ehtimalla bu variantı qəbul edəcəkdir.