Azərbaycan iqtidarına yaxın dairələr Türkiyəni Ermənistana nəfəslik verməkdə ittiham edirlər
Bakı Xəbər qəzeti: Əlican-Marqara keçidi hələ açılmalı deyil....
Azərbaycan iqtidarına yaxın dairələr Türkiyəni Ermənistana nəfəslik verməkdə ittiham edirlər.
Bakı Xəbər yazır: “Ermənistanın Suriyaya "humanitar yardımı" məhz Türkiyənin üzərindən həyata keçirməsi anlaşılmaz hərəkətdir”.Məqalə müəllifinin fikrincə, 30 il müddətinə Azərbaycan torpaqlarını işğalda saxlamış Ermənistanın özünə humanist imic qazanmaq cəhdi tamamilə göz qabağındadır. Bu faktı nəzərə alaraq, Ermənistanın Suriyaya humanitar yardımları xatirinə Türkiyə - Ermənistan sərhəddində Əlican- Marqara keçid məntəqəsi hətta müvəqqəti də olsa açılmalı deyil... Ermənistanın Suriyaya humanitar yardım göstərməsi hansısa arqumentlərlə bu qədər vacibdirsə, qoy bunu Türkiyənin üzərindən yox, hələlik başqa marşrutlarla həyata keçirsin. Çünki Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün gərəkli işləri hələ tam görməyib.