May 16, 2025 12:21 Asia/Baku
  • İsrailin

Xunta rejiminin baş naziri Benyamin Netanhayunun Bakı səfərindən məhrum olması ilə pərt vəziyyətə düşən İsrail, Azərbaycanda gündəmdə qalmaq üçün dəridən-qabıqadan çıxır.

İsrail mediasının yazdığına görə, vampir rejimin "Avroviziya"dakı təmsilçisi Yuval Rafael yarı azərbaycanlı imiş.

Maraqlıdır ki, İsrailin Azərbaycandakı səfirliyi hətta mühüm saydığı məlumatı sevincək halda Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmağı da özünə borc bilib.

Səfirliyin sözü gedən əxlaqsızlıq müsabiqəsində İsraili guya “yarı azərbaycanlı” bir yəhudinin təmsil etməsi ilə bağlı yaydığı bəyanatda deyilir: “Biz indi bildik ki, İsrailin Avroviziya ulduzu Yuval qismən azərbaycanlıdır! Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, azərbaycanlılar hələ də həmin səhnədə söz sahibidirlər. Yuvala səs verin!”.

Xatırladaq ki, bu il Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Asəf Mişiyev də yəhudi əsillidir və bir çoxları bu seçimi təsadüfi saymır, İsrailin bu məsələdə hansısa rol oynadğının qənaətindədir. O, finala vəsiqə qazana bilməyib.

Beləliklə də sionistlər min bir hiylə ilə öz təmsilçilərinin xeyrinə azərbaycanlı həvəskarların səsini qazanmağa çalışırlar.

Əlbəttə bu, məsələnin zahiri tərəfidir. İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiyanın Azərbaycanda yüksək səviyyədə qarşılanması, ardınca isə Netanyahunun Bakıya gələ bilməməsi və Türkiyənin onun təyyarəsinin yolunu bağlaması rejim tərəfindən xüsusi narahatlıqla qarşılanıb. Ona görə də sionistlər Azərbaycanda unudulmasınlar deyə Avroviziyadakı təmsilçilərinin yarı azərbaycanlı olmasını geniş reklam edirlər. Təbii ki, nakout olan rejimin bu kimi cəhdləri əbəsdir.