May 19, 2025 11:47 Asia/Baku
  • İran və Azərbaycan tranzit marşrutlarının tikintisinin sürətləndirilməsində maraqlıdırlar

İran İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi və Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi tranzit yollarının tikintisinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan mayın 18-də Azərbaycan prezidentinin Xarici Siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevlə görüşündə deyib: “İki ölkə arasındakı tarixi əlaqələr və qonşuluq iqtisadi və siyasi əlaqələrin ən yüksək səviyyəyə qaldırılmasını tələb edir”.

O, president Pezeşkiyanın bu yaxınlarda Bakıya səfərinə toxunaraq bildirib ki, Tehran bu səfərin razılaşmalarının və əvvəlki səfərin anlaşmalarının həyata keçirilməsini ciddi şəkildə izləyir. İqtisadi və ticarət planlarının həyata keçirilməsinə maneələr aradan qaldırılmalıdır.

Əhmədiyan iki ölkə arasında tranzit yollarının tikintisinin sürətləndirilməsini zəruri hesab edərək vurğulayıb: “Bu mühüm planların həyata keçirilməsi ən yüksək səviyyədə təqib tələb edir”.Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi də deyib ki, İran Prezidentinin Bakıya səfəri iki ölkə arasında əməkdaşlıqda yeni səhifə açdı.

Tehran və Bakı arasında əməkdaşlıq sənədlərinin imzalanmasına toxunan Hikmət Hacıyev qeyd edib ki, hazırda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələr dinamik xarakter daşıyır və bundan sonra da davam edəcəkdir.

Hacıyev İrandan gələn dəhliz marşrutlarının və tranzit yollarının tikintisinin əhəmiyyətinə toxunaraq, iki ölkə arasında ticarət, bank mübadilələri və birgə enerji sahələrinin inkişafı sahələrində əlaqələrinin.