NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq
İyun 08, 2025 15:20 Asia/Baku
Azərbaycan Respublikası ilə NATO arasında müdafiə əməkdaşlığı çərçivəsində “Əməliyyatın Planlaşdırılması Prosesi” mövzusunda təlim kursu keçirilib.
Trend xəbər agentliyinin məlumatına görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib ki, bu nazirliklə NATO arasında 2025-ci il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Planı”na uyğun olaraq, Niderland Krallığının Brunssum şəhərində yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əməliyyatın Planlaşdırılması Prosesi” mövzusunda təlim kursu keçirilib.
Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində təşkil edilən kursda NATO daxilində əməliyyat planlaşdırması, komandanlıq və nəzarət və digər əlaqəli mövzular həm nəzəri, həm də praktiki tədris olunub.