Culani Azərbaycan Respublikasına səfər edib
İyul 12, 2025 14:25 Asia/Baku
Suriya müvəqqəti hökumətinin başçısı rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasına daxil olub.
Əbu-Məhəmməd Əlculani kimi tanınan Suriya müvəqqəti hökumətinin başçısı Əhməd Əşşəra bu gün Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Suriya müvəqqəti hökumətinin başçısı Əhməd Əşşəranı Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.