İyul 20, 2025 16:26 Asia/Baku

Azərbaycan Respublikasının prezidenti Trampı hərb deyil, sülh adamı adlandırıb.

Trampın əmri ilə İrana qarşı hərbi təcavüz çərçivəsində qonşu ölkənin nüvə mərkəzlərinin bombardman edilməsindən bir ay keçməmiş Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bu açıqlamanı verməsi müşahidəçilər tərəfindən istehza ilə qarşılanıb. Çünki ölkə başçısının bu fikirləri Amerika-İsrail cütlüyünün İrana qarşı hərbi təcavüzəndən hələ bir ay keçməmiş səslənib. Digər paradoksal məqam isə ondan ibartdir ki, Əliyevin “sülh göyərçini” kimi təqdim etdiyi cinayətkar ABŞ prezident İsrail rejiminə ən modern hərbi texnika və bombalar verməklə Qəzzədə soyqırımına dəstək olub, və həmin şəxs İranda günahsız insanların, qadın və uşaqların qətlinə yaşıl işıq yandırıb. Üstəlik prezident Pezeşkiyan İran hakimiyyətinin digər nümayəndələri ilə bir yerdə hədəfə alınıb. Bu səbəbdən Azərbaycanın dövlət başçısından Şuşa Forumunda Trampı tərifləmək, onun beynəlxalq qanunları pozmasına bəraət qazandırmaq yox, törətdiyi cinayətlərə ədalətli qiymət verməsi gözlənilirdi.

Bununla belə Əliyev bir addım da irəli gedərək bildirib ki, rəsmi Bakı Vaşinqtondan müsbət mesajlar alır və iki ölkə arasında tərəfdaşlığın çox zəngin tarixi var.

Prezident həmçinin Amerikanın Cənubi Qafqazda gedən proseslərdə fəal iştirakını yüksək qiymətləndirib. “Onlar istəyirlər ki, Ermənistanla Azərbaycan arasında uzunmüddətli münaqişənin tamamilə aradan qaldırılmasına öz töhfələrini versinlər. Düşünürəm ki, gələcəkdə biz daha çox xoş xəbərləri eşidəcəyik”, - deyə Əliyev vurğulayıb.