Bakı Ukraynanın kəşfiyyat əməliyyatına ortaq kimi təqdim edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i420939-bakı_ukraynanın_kəşfiyyat_əməliyyatına_ortaq_kimi_təqdim_edilib
Rusiyanın hakimiyyətə yaxın media orqanları Azərbaycana qarşı ağır ittiham səsləndirməyə başlayıb.
(last modified 2025-07-21T04:10:10+00:00 )
İyul 21, 2025 08:07 Asia/Baku

Rusiyanın hakimiyyətə yaxın media orqanları Azərbaycana qarşı ağır ittiham səsləndirməyə başlayıb.

Bu məlumata əsasən, Kreml təbliğatçıları Bakını Ukraynaya casusluqda və diversiyalar üçün yardımda günahlandırır.

Putinin ideoloqlarından olan Duqinə məxsus "Çarqrad" kanalı və başqa media quruluşları bu istiqamətdə reportaj verib. Reportajda belə bir ittiham səsləndirilir ki, Azərbaycan xüsusi xidmət orqanları Rusiyadakı diasporanı ələ alıb və "Pautina" əməliyyatını həyata keçirməkdə Ukraynaya yardım edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumundakı çıxışında Ukraynaya işğalla barışmamağı tövsiyə edib.