İran və Azərbaycan ikitərəfli əlaqələrin gücləndirilməsini vurğulayır
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi arasında telefon danışığında iki ölkə arasında əməkdaşlığın artırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bu gün İran Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin sədr müavini ilə telefon danışığında bir qrup İran vətəndaşının, xüsusilə də bəzi komandirlər və alimlərin şəhadəti münasibətilə başsağlığı verib və İsrail rejiminin İran ərazisinə hücumunu qətiyyətlə pisləyib.
Tərəflər, Tehran-Bakı əlaqələrinin gücləndirilməsi və iki ölkə prezidentləri arasında əldə olunan razılaşmaların icrasının sürətləndirilməsini vurğulayıblar.
Həmçinin, bu telefon danışığında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Azərbaycana səfərinə hazırlıq çərçivəsində, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin problemlərinin həlli ilə bağlı bəzi məsələlərin izlənilməsi qərara alınıb.