İyul 28, 2025 11:02 Asia/Baku
  • Hikmət Hacıyev: Hərbi qarşıdurma artıq aktual deyil

Azərbaycan Respublikası prezidentinin köməkçisi bildirib ki, İrəvanla Bakı arasında hərbi toqquşma gündəmdə deyil.

Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib: “Hər iki tərəf sülh sazişi imzalamaq üzərində işləyir”.

O qeyd edib ki, iki ölkə arasında hərbi qarşıdurma və ya eskalasiya artıq aktual deyil. Bu isə o deməkdir ki, faktiki olaraq regionda “əsl sülh” mövcuddur, baxmayaraq ki, Bakı ilə İrəvan arasında bəzi mübahisəli məsələlər hələ də qalmaqdadır. Bu da əlbəttə müharibədən sonrakı prosesin normal aspekti kimi qiymətləndirilməlidir.

Xatırladaq ki, rəsmi Bakı Ermənistan Konstitusiyasından qonşu ölkəyə qarşı ərazi iddiasının çıxarılmasını, ATƏT Minsk Qrupunun ləğvi ilə əlaqədar birgə müraciətin edilməsini və Ermənistanın cənubundan Azərbaycana maneəsiz keçidin verilməsini sülh sazişinin imzalanması üçün ön şərt kimi irəli sürür. Hazırda həmin bu şərtlər üstəlik ABŞ-ın lüzumsuz müdaxiləsi prosesin həddən artıq uzanmasına gətirib çıxarıb.