Sen 06, 2025 16:10 Asia/Baku
  • Bakı-Tehran uçuşları şənbədən etibarən bərpa olunur

Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə özünün X sosial media hesabında yayımladığı mesajında bildirib ki, Azərbaycanın beynəlxalq hava yolları şirkəti AZAL sentyabrın 6-dan etibarən Bakı-Tehran-Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlacaq.

Əlizadə mesajında qeyd edib: "Bir neçə illik fasilədən sonra, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, ilk birbaşa uçuş Bakı - Təbriz - Bakı marşrutu üzrə həyata keçirilib və bu uçuşlar ilkin olaraq, həftədə iki dəfə həyata keçiriləcək".

O, həmçinin əlavə edib: Azərbaycanın AZAL hava yolları şirkətinin Bakı - Tehran - Bakı marşrutu üzrə uçuşları da bu gündən etibarən bərpa olunacaq.