Sen 17, 2025 17:43 Asia/Baku
  • Azərbaycanın İsrailə yatırımları rekord vurub - TƏHLİL

Bu ilin ilk yarısında Azərbaycan Respublikasının qaniçən İsrailə yatırımları 542 milyon dollara çatıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Qeyd edək ki, işğalçı İsrail bu ilin ilk yarısında Azərbaycanın ən çox yatırım etdiyi terror dövləti olub.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizi hövzəsində ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsində effektiv olaraq 10 faiz pay alıb.

Müşahidəçilər isə bildirirlər ki, Azərbaycan hökumətinin İsrailin Tamar qaz layihəsində iştirakı həm siyasi, həm də mənəvi baxımdan ziyanlı qərardır. İlk növbədə, bu addım İslam həmrəyliyi prinsipinə ziddir. Çünki Tamar layihəsi Sionist rejimin iqtisadi gücünü artırır, o isə bu gücü Qəzzədə, Suriyada və bütövlükdə müsəlman xalqlarına qarşı istifadə edir.

İkincisi, belə əməkdaşlıq Fələstin xalqının çəkdiyi iztirabların uzanmasına səbəb olur. Fələstinlilər hər gün işğalın ağrısını yaşayarkən, müsəlman ölkəsi olan Azərbaycanın İsrailin enerji sektoruna dəstək verməsi əslində həmin zülmə ortaq olmaq deməkdir.

Nəticə etibarilə, Tamar qaz layihəsində iştirak Azərbaycan üçün nə siyasi, nə də mənəvi baxımdan məntiqli deyil. Bu, həm ümmətin mənafeyinə, həm də ölkənin öz imicinə zərər vuran anormal addımdır.