İlham Əliyev Trampı təriflədi:
“Siz yeni formalaşan strateji tərəfdaşlığın memarısınız”
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın yalançı fikirlərini əks etdirən son paylaşımına cavab verib.
İlham Əliyev “X” hesabında davakar prezidentə tərif yağdıraraq, Azərbaycanla Amerika arasındakı dostluğu böyük dəyər kimi qiymətləndirib.
ABŞ Prezidenti “Truth” sosial şəbəkəsində iddia edib ki, Azərbaycan və Ermənistan arasında müharibənin həllinə kömək etmək, eyni zamanda bu iki böyük lider Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla dost olmaq guya şərəfdir.
Əslindıə isıə Donald Trampın son açıqlamalarında İlham Əliyev və Nikol Paşinyanı “böyük liderlər” kimi təqdim etməsi səmimiyyətlə bağlı deyil. Bu, Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətmək üçün atılmış siyasi jestdir. Bu səbəbdən Trampın bu iki lideri eyni anda tərifləməsi ABŞ-ın “neytral vasitəçi” obrazını gücləndirmək və Moskvanın ənənəvi rolunu zəiflətmək məqsədi daşıyır.
ABŞ bu yolla Cənubi Qafqazda Rusiyaya meydan oxumağa çalışır Azərbaycanla Ermənistanı parallel şəkildə Rusiya ilə üz-üzə qoymaq istəyir. Başqa sözlə ABŞ prezidentinin son cəhdləri iki qonşu ölkəni tələyə salmağa, Cənubi qafqazda sabitliyi pozmağa köklənib.