Sen 21, 2025 13:56 Asia/Baku
  • Adnan Əhmədzadənin ittihamı Rusiya ilə əlaqələndirilib

Hakimiyyətə yaxın Yeni Müsavat qəzeti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın marketinq və satış şöbəsinin müdiri Adnan Əhmədzadənin ittihamını Rusiya ilə əlaqələndirib.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və istintaq orqanları Adnan Əhmədzadənin fəaliyyətini ölkənin iqtisadi təhlükəsizliyi üçün riskli hesab edir. İttihamların başlıca hissəsi mənimsəmə ilə bağlıdır.

Məlumata görə, Əhmədzadə “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu, neftin brendi, keyfiyyəti və Azərbaycanın enerji sektorundakı şəffaflığına zərər verə bilər.

Hazırda Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib və cinayət işi DTX-nin nəzarəti altında aparılır.

Yeni Müsavat isə SOCAR-ı təmizə çıxarmaq məqsədilə yazır ki, Rusiya mətbuatında Azərbaycan Respublikasının ixrac etdiyi neftin çirkli olması və SOCAR-ın neft ixracatında xloridin olması ilə bağlı dərc olunan materiallar bu məsələdə Rusiyanın rolunun olduğunu sübut edir!

Qeyd edək ki, Bakı mətbuatı bu günədək Əhmədzadənin Azərbaycan Respublikasından Rumıniya, İtaliya və Çexiya kimi ölkələrə xloridlə qarışdırılmış neftin satışına görə məsuliyyət daşıdığını yazırdı.

Yeri gəlmişkən bildirək ki, sionist rejim Azərbaycan Respublikasından neftin əsas idxalçısıdır, lakin SOCAR-dan neft almaq əvəzinə, Xəzər dənizindən çıxarılan neftin böyük hissəsinə nəzarət edən Britaniyanın BP şirkətindən neft idxal edir və xloridlə çirklənmiş neftin sionist rejimə satılması ehtimalı ilə bağlı hələlik heç bir məlumat yoxdur. Ona görə də istisna deyil ki, Bakının Avropaya ixrac etdiyi neftin sionist rejim tərəfindən çirkləndirilməsi versiyası ortaya çıxır. Sionistlər Bakı neftini gözdən salaraq onu daha ucuz qiymətə satın almaq üçün bu xain addımı atmış ola bilərlər.