Sen 28, 2025 11:00 Asia/Baku
  • Azərbaycan heyəti BMT zalını tərk etməyib - TƏHLİL

BMT Baş Assambleyasının illik sessiyasında İsrailin baş naziri Benyamin Netanyahu çıxış edərkən, çoxsaylı nümayəndə heyətləri zalı tərk etsələr də, bir neçə ölkənin; o cümlədən Azərbaycan təmsilçisinin zalda qaldığı bildirilir.

Müsəlman və hətta qeyri-müsəlman ölkələrin nümayəndə heyətlərinin BMT zalını tərk etməsi Fələstin xalqı ilə həmrəyliyə açıq bir işarə idi. Lakin bəzi mənbələrə görə, bir sıra ölkələr – o cümlədən Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Mali, Albaniya, Banqladeş və Azərbaycan nümayəndələri zalda qalaraq xunta rejiminin başçısı Benyamin Netanyahunun çıxışını dinləyiblər. Bu xəbər Azərbaycanda və regionda ciddi müzakirələrə səbəb olub. Xüsusilə də ona görə ki, Azərbaycan cəmiyyəti tarixən heç vaxt Fələstin məsələsinə biganə qalmayıb və hazırda İsrailin Qəzzədə törətdiyi faciələrə qarşı həssasdır. Belə bir şəraitdə rəsmi nümayəndə heyətinin Netanyahu-nun çıxışı zamanı zalı tərk etməməsi ictimai rəydə mənfi qarşılanır və mənəvi baxımdan “qəbahətli hərəkət” kimi dəyərləndirilir. Çünki bu addım xalqın duyğuları ilə dövlət siyasəti arasında ziddiyyət yaradır.

Şübhə yoxdur ki, Azərbaycan Respublikasının belə bir addımı onun müsəlman dünyasında nüfuzuna mənfi təsir edə bilər. Xüsusən də Qəzzədə baş verən faciələrin geniş rezonans yaratdığı bir dövrdə bu hərəkət “Fələstinə biganəlik” kimi yozulmaqdadır.

Bu metod dəyişməyəcəksə, rəsmi siyasət ilə xalqın gözləntiləri arasında uçurum dərinləşə bilər.