Okt 17, 2025 13:08 Asia/Baku
  • İqtisadçı alim iqtidarın günahkar olduğunu deyir

Ramiz Mehdiyev məsələsi prezident, iqtidar, hökumət üçün ən azı, mənəvi və siyasi məsuliyyət yaradır.

Tanınmış iqtisadçı Natiq Cəfərli bu barədə bildirib ki, əgər bir şəxs 30 ilə yaxın ölkədə qanunları pozub, seçkiləri saxtalaşdırıb, başqa ölkənin maraqları üçün çalışıbsa və bunu iqtidar bilməyibsə, bu çox pisdir, yəni, bilib, iştirak etməkdən daha betərdir.

İqtisadçı qeyd edib: “Yaponiyada, məsələn, hökumətin hansısa qəbahəti, səhvi olanda bütün nazirlər kabineti yığışır, kameralar qarşısında xalqdan üzr istəyir. Cənubi Koreyada da belə bir siyasi mədəniyyət var. Bəs, bu 30 ilə görə kimsə üzr istəyəcəkmi, səhvlərini etiraf edəcəkmi?”.

Natiq Cəfərli sonra yazır: “İndi iqtidara yaxın media açıq-aşkar yazır ki, Mehdiyev deputatları təyin edib: hər seçkidən sonra bunu deyən, sübut edən müxalif və müstəqil namizədləri təqib, hətta həbs edirdilər - bəs bunun üzrü olacaqmı?! Həmçinin, Mehdiyevin iqtisadi imperiyası və aktivləri, adam ev həbsinə düşəndən 19 dəqiqə sonra mediada yayıldı, amma, zamanında bu haqda yazan jurnalustlər indi ya həbsdədir, ya da ölkədən qaçıblar - bunun üzrü necə olacaq?”.