Okt 19, 2025 10:57 Asia/Baku
  • Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib

Azərbaycan Respublikasının sabiq Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad olunub.

Yerli medianın məlumatına əsasən, bu barədə prezident İlham Əliyevin imzaladığı fərmanda qeyd olunub.Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixli fərmanla Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.Hazırda Mehdiyev barəsində Azərbaycan Cinayət Məcəlləsinin "dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər", "dövlətə xəyanət" və "cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma" maddələri ilə cinayət işi açılıb.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 oktyabr tarixli qərarına əsasən, Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasından uzaqlaşdırılması, onun barəsində açılmış cinayət işləri fonunda gözlənilən addım idi. Uzun illər ölkə siyasətində mühüm fiqur sayılan Mehdiyevin bu statusdan da kənarlaşdırılması, hakimiyyətin onunla bağlı tam məsafə saxlaması kimi qiymətləndirilir.Bu qərar, eyni zamanda, ölkə siyasi sistemində köhnə elita ilə yeni idarəetmə xətti arasında qəti ayrılıq mərhələsinin başa çatdığını da göstərir.Bəzi şərhlərə görə isə klanlararası savaşın həlledici mərhələyə daxil olması ilə gələcək günlərdə köhnə elita nümayəndələrinin də istintaqa cəlb olunması gözlənilir. Bununla əlaqədar daha çox Əli Həsənov, Eldar Mahmudov, Səfər Əbiyev, Əbülfəs Qarayev və digər bu kimi şəxslərin adları hallanır.