Oğurluq pullar oğurlandı
Azərbaycan rəsmisinin qızı Almaniyada qarət olunub - AKTUAL
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəylinin qızı Günay Məsimova Almaniyanın Nürnberq şəhərində kirayələdiyi bank seyfindən 1 milyon avrodan çox nağd pul və qiymətli əşyaların oğurlandığını bildirib.
Hadisə 2025-ci ilin əvvəlində “Sparkasse” bankında baş verib. Məlumatda deyilir ki, Məsimova seyfi tanışı vasitəsilə kirayələyib. Lakin həmin tanış əsl seyfi başqa şəxsin adına açıb, Məsimovanın pullarını oraya yerləşdirib və giriş kartını özündə saxlayıb. Tainki Məsimova bankda seyfi açanda seyfin boş olduğunu görüb. Araşdırma nəticəsində məlum olub ki, tanışı pulu və brilyantları götürüb Baltik ölkələrindən birinə qaçıb.
İtirilən məbləğ ümumilikdə 1 milyon avrodan çoxdur.
Maraqlıdır ki, Günay Məsimova Almaniyada polisə müraciət etməyib, çünki pulun mənbəyi barədə sorğuya məruz qalacağını bilirmiş.
Xatırladaq ki, Günayın atası İsa Həbibbəyli – 2013-cü ildən AMEA-nın rəhbərliyindədir, 2022-ci ildə prezident təyin olunub və elm və təhsil üzrə parlament komitəsinin sədridir.
Bu son hadisə Azərbaycan elitasının korrupsiya zəncirini açıq şəkildə göstərir: Dövlət vəsaitlərinin ailə üzvləri vasitəsilə xaricə çıxarılması və nağd milyonların qanunsuz daşınması bu korrupsiya sisteminin təməl prinsiplərinə çevrilib.
Bu son hadisə həm də bir daha göstərir ki, məmur övladlarının milyonlarla avro “seyf hekayələri” ölkənin elmindən, təhsilindən və gələcəyindən oğurlanmış dəyərlərdir.