Qəzzəyə nəzərdə tutulmuş “sabitlik qoşunları”nın tərkibi bəlli oldu
Azərbaycanı hansı təhlükələr gözləyir? - TƏHLİL
Israel Hayom-un xəbərinə görə İndoneziya və Azərbaycan “Qəzzə üzrə Beynəlxalq Sabitlik Qoşunları”nın (ISF) nüvəsini formalaşdıracaq.
HƏMAS ilə sionist rejim arasındakı atəşkəs razılaşmasından sonra, razılaşmanın icrasını izləmək, döyüşlərin yenidən başlamasının qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün beynəlxalq qüvvələrin Qəzzəyə yerləşdiriləcəyi bildirilir.
Xarici qüvvələr eyni zamanda qida, dərman və yanacaq paylanmasını asanlaşdırmaq və yardımın gəlməsini qərəzsiz təmin etməlidirlər.
Bu məlumata əsasən, İsrail rejimi Türkiyə qüvvələrinin Qəzzəyə yerləşdirilməsinə qarşı olduğunu açıq bildirdirib və Netanyahunun ofisi Türkiyənin iştirakı olmayacağını jurnalistlərin diqqətinə çatdırıb, Azərbaycan Respublikasına isə guya etimad göstərilir. Bəzi ekspertlər Bakının bu rola seçilməsinə diqqət çəkərək bildirilir ki, Azərbaycan rəsmiləri bu məsələdə xeyli tərəddüd edir və bu qüvvədə iştirak edib-etməyəcəklərinə əmin deyillər. Ona görə ki, bir tərəfdən, Azərbaycan ABŞ-ın tələbini yerinə yetirməyə hazırdır, digər tərəfdən isə bu qüvvədə iştirakının onu həssas vəziyyətə sala biləcəyini bilir, çünki İsrail HƏMAS-ı tərksilah etməyə çalışır, lakin Türkiyə bu məsələyə qəti şəkildə qarşı çıxır və bu məsələ Azərbaycan hərbçilərinə ciddi risk və təhlükə yarada bilər.
İkincisi; Qəzzə və ətrafı hələ də qeyri-sabit olaraq qalır və burada Azərbaycan qüvvələri hər an partlayıcılar, snayper və hədəflənmiş hücum riski ilə üzləşə bilərlər. Azərbaycan hərbçiləri arasında hər hansı itki ölkə daxilində qətiyyən etiraz doğuracaqdır.
Yeri gəlmişkən bildirək ki, Türkiyə Qəzzə məsələsində aktiv rol almaq istədiyini bildirsə də, İsrail rejimi Azərbaycan kimi alternativlərə üstünlük verir və bu da öz növbəsində Bakı - Ankara münasibətlərinə gərginlik gətirə bilər.