Avropa Ravvinləri Konfransının keçirilməsinə hazırlıq;
Azərbaycanda təhlükəsizlik tədbirləri gücləndirilir - AKTUAL
Azərbaycan Respublikasında Avropa Ravvinləri Konfransının keçirilməsi ərəfəsində Bakıda təhlükəsizlik tədbirləri gücləndirilir.
Məlumatlara görə, Bakı şəhərində keçiriləcək Avropa Ravvinləri Konfransının keçirilməsinə, Azərbaycan cəmiyyəti Qəzzədə sionist rejim tərəfindən söyqırımının törədildiyinə xatir ümumilikdə narazıdır. Bununla belə prezident İlham Əliyev konfransı ləğv etməkdə çətinlik çəkir, çünki konfrans Azərbaycanda xərçəngvari nüfuzunu artıran qəsbkar rejim yəni İsrail tərəfindən dəstəklənir. Bu səbəbdən, Bakıdakı təhlükəsizlik tədbirləri artırılıb.
Qeyd edək ki, bu konfrans 2023-cü ilin oktyabr ayında Bakıda keçirilməli idi. Lakin 7 oktyabrda fələstinlilərin İsrailə qarşı "Əl-Əqsa Tufanı" əməliyyatının ardınca təxirə salındı. Konfrans daha əvvəl də, 12 il əvvəl, Azərbaycan xalqının etirazları səbəbindən ləğv edilmişdi.
Hazırda isə, İranın və Türkiyənin tanınmış şəxsləri konfransın keçirilməsini tənqid edərək, onu Şiə dünyasına qarşı hörmətsizlik və region üçün təhlükə hesab edirlər. Amma hökumət konfransın keçirilməsini təxirə sala bilmir, çünki əsas təşkilatçı İsrail rejimidir. Bu səbəbdən, Bakı və Azərbaycanın digər şəhərlərində onun təhlükəsizlik orqanları və Mossadın fəaliyyəti artırılıb.
Bu arada bəzi yerli Dağ Yəhudiləri, bu tədbirin İsrailin təcavüzkarlıq siyasətinə qarşı etiraz edən yəhudi icmalarını təhlükəyə ata biləcəyindən narahatdırlar və Azərbaycan yəhudi icmasının bu konfransla əlaqələndirilməsini istəmir.