Azərbaycanın sabiq XİN rəhbərindən müdhiş açıqlama:
ABŞ Azərbaycan torpağının erməni separatçılarına qaytarılmasını tələb edirdi!
Noy 08, 2025 15:15 Asia/Baku
2016-cı ildə ABŞ hökuməti Azərbaycan Respublikasına aprel döyüşlərində azad etdiyi torpaqları ermənilərə geri qaytarmağa çağırıbmış.
Bu barədə Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Təmas xətti” sənədli filmində danışıb.
O qeyd edib ki, 2016-cı ildə kəndləri azad edəndə bizə qarşı təzyiqlər artdı. Gecə-gündüz zəng edirdilər ki, “götürdüyünüz torpaqları qaytarın”. Deyirdilər “siz döyüşlərə başlaya bilməzsiniz, əgər hansısa torpağı azad etmisinizsə, onu gərək qaytarasınız”.
Elmar Məmmədyarov faş edib ki, o vaxt ən böyük təzyiq amerikalılardan gəlirdi.