Noy 26, 2025 15:49 Asia/Baku
  • Qabil Hüseynli: Tramp Azərbaycanı arxa plana atmağa hazırdır

ABŞ, Yunanıstan vasitəsilə Azərbaycan qazının Ukraynaya nəqlini bloklayıb. Sabiq dövlət müşaviri Qabil Hüseyni Yeni Müsavat qəzeti ilə müsahibədə bunu Trampın ticari mövzularda müttəfiqlərini belə nəzərə almaması ilə əlaqələndirib.

Yazıda bildirilir ki, Vaşinqton Ukraynaya qaz tədarükündə yalnız öz maye qazına (LNG) müstəsna hüquq istəyir və ucuz Azərbaycan qazının rəqabətindən narahatdır. Bu istiqamətdə Yunanıstanda ABŞ LNG-sinin Ukraynaya çatdırılması üçün yeni müqavilə imzalanıb və bu sənəddə göstərilir ki, Azərbaycan qazının “şaquli dəhliz” vasitəsilə daşınması yalnız fors-major hallarda mümkündür. Yəni ABŞ qazı gecikərsə, o zaman Yunanıstan Azərbaycan qazından istifadə edə bilər.

Məqaləyə görə, 2025-də SOCAR və “Naftoqaz” arasında az miqdarda Azərbaycan qazının Ukraynaya çatdırılması barədə pilot layihə olmuşdu. Buna cavab olaraq Rusiya həmin marşrutdakı kompressor stansiyasına hücum etmişdi.

Ekspert Qabil Hüseynli qəzetə verdiyi müsahibədə deyib ki, ABŞ Avropa və Ukraynanı enerji baxımından özündən asılı vəziyyətə salmaq istəyir və Yunanıstan NATO üzvü olduğu üçün ona üstünlük verilir;

Sabiq dövlət müşavirinin fikrincə, Tramp siyasi yox, biznes yanaşması ilə hərəkət edir və ABŞ qazını satmaq üçün Azərbaycan maraqlarını nəzərə almır; Türkiyə–Yunanıstan rəqabəti də Afina üçün siyasi üstünlük yaradır. Bütün bunlar isə Azərbaycanla münasibətlərdə müəyyən narahatlıq yaradacaq.