Daha bir riyakar ravvin rəsmi Bakını tərifləyib
“Azərbaycanda İsrailə güclü dəstəyin şahidi oldum!”
Daha bir ravvin Washington Jewish Week jurnalı ilə müsahibədə Azərbaycan Respublikasına səfərinin təəssüratını bölüşüb, sionistlərə xas olan xəbisliklə bu dövlətə təriflər yağdırıb.
Sionist Ravvinlər Koalisiyasının 13 üzvündən ibarət nümayəndə heyəti noybar ayı Azərbaycan Respublikasında səfərdə olub.
Amerikalı baş ravvini Stüart Vaynblatt bildirib: “Koalisiyanın sədri kimi mənə maraqlı və faydalı gəldi ki, İsraillə müsbət münasibətləri olan və antisemitizmin olmadığını qürurla vurğulayan müsəlman əksəriyyətli bir ölkəni öz gözlərimizlə görək. Orada özümüzü evimizdəki kimi hiss etdik, bizi çox səmimi qarşıladılar”.
Onun sözlərinə görə, Azərbaycan, digər müsəlman ölkələrinin təzyiqlərinə baxmayaraq, İsraillə güclü münasibətlər saxlayan yeganə müsəlman ölkəsidir.
Məqalədə bildirilir ki, nümayəndə heyəti Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşərək Azərbaycan–İsrail tərəfdaşlığını müzakirə edib. Hacıyev bildirib ki, “Eurovision” mahnı müsabiqəsində İsrail Azərbaycandan maksimum səs alıb.
Nəşr qeyd edir ki, nümayəndə heyəti həmçinin Bakıda yerləşən üç sinaqoqu ziyarət edib və yerli yəhudi icması ilə görüşüb.
Qrup Quba rayonunda Qırmızı Qəsəbəyə də səfər edib. Yəhudi nəşri bildirir ki, bu, İsraildən kənarda tamamilə yəhudilərdən ibarət nadir yaşayış məntəqələrindən biridir. Yeməklərin çoxu koşer restorandan təmin olunub və bu xidmət səviyyəsi Azərbaycanın ümumi qonaqpərvərliyini əks etdirir.
Koşer restoranı yəhudi pəhriz qanunlarına uyğun yeməklər təqdim edən bir müəssisədir.