Partiya sədri deputat Zahid Oruca iradını bildirdi
Natiq Cəfərli: Deputatın fikirləri dövlətimizin adına zərərlidir!
Azərbaycan Respublikasında REAL partiyasının sədri Milli Məclisdə gedən müzakirələr zamanı sərhədlərin bağlı saxlanılması ilə əlaqədar deputat Zahid Orucun dediklərini dövlətin adına zərərli mövqe kimi qiymətləndirib.
Natiq Cəfərli deyib: “Zahid Oruc İranda yaşayan soydaşlarımızın axın edəcəklərini deyir, əvvəla, soydaş deyiriksə, gözümüz üstündə yerləri var, ikincisi, Türkiyə ilə İranın 3 quru sərhəd keçid məntəqəsi var, 2 həftəlik müharibədə İrandan Türkiyəyə keçidlərdə ciddi artım OLMADI, adi qaydada keçidlər olmuşdu, adi günlərə nisbətdə, artım cəmi 10% olmuşdu”.
Onun sözlərinə görə, 12 günlük müharibədə Ermənisran-İran quru sərhəddi də açıq idi, cəmi 20 min iranlı bu 2 həftədə Ermənistana səfər etdi, sonra da qayıtdı. “Beləliklə, Zahid Orucun gətirdiyi rəqəmlər də, arqumentlər də yanlışdır, hətta dövlətimizin adına zərərlidir”, - deyə partiya sədri vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası parlamentinin İnsan Hüquqları Komitəsinin sədri, deputat Zahid Oruc iddia edib ki, sərhədlər açıq olsaydı, İsrail–İran qarşıdurmasında İran azərbaycanlılarının guya kütləvi axını baş verəcəkdi.