Dek 19, 2025 11:23 Asia/Baku
  • Hökumət mediası qonşu ölkəyə benzin ixracını “tarixi gün” adlandırır

Azərbaycan Respublikasından yanacaq daşıyan qatar Ermənistana çatıb.

Bu məlumata əsasən, 1 218 ton A-95 markalı benzin Gürcüstan üzərindən dəmir yolu ilə qonşu ölkəyə çatdırılıb.

Cənubi Qafqaz Dəmir Yollarının Vanadzor xətti stansiya bölməsinin rəhbəri Armenpress-ə bildirib ki, bu,1988-ci ildən bəri Azərbaycan tərəfindən Ermənistana göndərilən ilk benzin yüküdür.

Bundan bir qədər əvvəl Ermənistanın iqtisadiyyat naziri Gevorg Papoyan bildirib ki, bu addım Ermənistan və Azərbaycan arasında müstəqillikdən sonra ilk kommersiya müqaviləsidir.

Xatırladaq ki, benzin ticarəti 28 noyabrda Qəbələdə Ermənistanın baş nazir müavini Mher Qriqoryan və Azərbaycanın baş nazir müavini Şahin Mustafayev arasında keçirilən görüş zamanı əldə olunan razılığa əsasən həyata keçirilib.

Azərbaycan mediası Ermənistana yanacağın göndərilməsini və ticarət əlaqələrinin bərpasını “tarixi gün” adlandırır.