İsraildən Azərbaycana turist axını: Kibbutz təhlükəsi!
AZAL Bakı–Təl‑Əviv reyslərini rekord həddə artırır – AKTUAL
2025-ci ildə İsraildən Azərbaycan Respublikasına turist axınının rekord həddə çatması hökumət rəsmiləri tərəfindən iqtisadi-turizm maraqları ilə izah olunsa da, araşdırmalar göstərir ki, bu, sadəcə səyahət əlaqələri deyil, daha çox strateji bir narahatlıq mənbəyidir.
60,000 israilli turistin qısa müddətdə ölkəyə gəlməsi və AZAL‑ın Bakı–Təl‑Əviv reyslərini həftədə 21-ə qədər artırması birmənalı qarşılanmır. Çünki Azərbaycan cəmiyyətində hələ Sovet dövründən Fələstin torpaqlarını qəsb edən sionistlərə qarşı nifrət hissi olub, ötən iki ildə Qəzzədə yaşanan tragediya isə, yaxın tarixində erməni işğalını təcrübə etmiş Azərbaycan insanında işğalçı İsrailə qarşı bu nifrət və qəzəb hissini ikiqat artırdı. İndi bu kontekstdə sionistlərin ölkəyə kütləvi axını, xüsusən də torpaq alışı və şirkət qurmaq kimi fəaliyyətlərə üz tutmaları əhalidə narahatlıq yaradır. İnsanlar Fələstin təcrübəsini nəzərə alaraq xəbərdarlıq edirlər ki, sionistlər turist adı altında Azərbaycanda öz varlıqlarını təsbit etmək istəyirlər, bəzi iddialara görə isə onlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yəhudi kibbutzları yaratmağa yol axtarırlar.
Digər tərəfdən İsraildə davam edən müharibə və iqtisadi çətinliklər fonunda, turistlərin məhz şiə ölkəsi olan Azərbaycana yönəlməsi ciddi şübhə doğurur.
Bütün bu faktorlarla görə, Azərbaycana turist adı altında kütləvi sionist axını iqtisadi fayda deyil, potensial təhlükə mənbəyi kimi nəzərə alınmalıdır.