Dek 29, 2025 14:15 Asia/Baku
  • Hüquq müdafiəçiləri bir çox dindarın həbdsə qaldığına diqqət çəkirlər

İnsan haqları resursları Azərbaycan Respublikasında dövlətin din azadlığına münasibətini, dindarların həbslərini və problemlərini tez-tez işıqlandırır. Dekabrın 24-də “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusuna həsr edilmiş forumda söylənən fikirlər isə nə ictimaiyyəti nə də hüquq müdafiəçilərini qane etməyib.

Forumda dünyəvilik və vicdan azadlığı, din xadimlərinin hüquq və vəzifələri, dövlət-din münasibətlərinin hüquqi, mədəni aspektləri, din xadimlərinin peşəkar inkişafı, eləcə də multikultural, tolerant mühitin daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunsa da, yüzlərlə inanclının əsasən narkotik ittihamı ilə həbsdə qalmasına işarə olunmayıb.

Qeyd edək ki, yüzlərlə şiə inanclısı son illər müxtəlif bəhanələrlə tutulub və istintaqa cəlb edilib. Hüquq müdafiəçiləri bildirirlər ki, 400 siyasi məhbusun çoxu həmin inanclı şəxslərdir.

Beləliklə də Azərbaycanda rəsmi olaraq dini azadlıq varmiş kimi göstərilsə də, real praktikada dinlə məşğul olan şiə inanclılarının üzərində ciddi məhdudiyyətlər tətbiq olunur.

Onlardan fərqli olaraq Azərbaycanda azlıqda olan yəhudi icmasının dini fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Hətta paytaxt Bakı şəhərində 6 min yəhudi üçün 3 sinaqoqun fəaliyyət göstərməsi mövcud ayrı-seçkiliyin bariz nümunəsi kimi qəbul edilir. Bununla yanaşı sinaqoqlarda və ya İsrail rejiminin 5-ci kolunu kimi fəaliyyət göstərən yəhudi icması nümayəndələrinin dəqiq nə işlə məşğul olduqları xalqdan gizli saxlanılır.