Sionist fitnəyə Bakının şillə kimi cavabı:
Azərbaycan “Somaliland”ın tanınmasına qarşı çıxdı!
Sionist İsrail rejiminin fitnəkar bir hərəkət çərçivəsində Somalilandı müstəqil dövlət kimi tanımasına Azərbaycan Respublikası da reaksiya verib.
Bu məlumata əsasən, rəsmi Bakı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Somali Federativ Respublikasının suverenliyini, birliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini elan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Somalidəki son hadisələrlə bağlı bəyanatında bildirilir: “Somali Federativ Respublikasının "Somaliland" bölgəsinin tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir. Azərbaycan öz ərazisində, beynəlxalq hüquqa zidd olaraq, xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübə yaşayıb”.
Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikası bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunub saxlanmasına qəti şəkildə sadiq qalır və beynəlxalq ictimaiyyəti məsuliyyətlə və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etməyə çağırır.