Yan 01, 2026 17:03 Asia/Baku
  • Rauf Arifoğlu ucuz siyasi şoumenlik roluna keçir - TƏHLİL

Ramiz Mehdiyevin keçmiş sirdaşı olan Rauf Arifoğlu Qarabağ qələbəsini manipulyasiya edərək, “Bütöv Azərbaycan” kimi populist və məsuliyyətsiz şüarı ilə özünü məzhəkəyə qoyub.

Yeni Müsavat qəzetinin baş redaktoru dekabrın 31-də paylaşdığı statusda “Azərbaycan bir olsun, paytaxtı Təbriz–Bakı olsun” şüarını yerləşdirib.

Bu işin səbəbini dərk etmək əlbəttə çətin deyil. Rauf Arifoğlu, artıq çoxdan jurnalistikadan uzaqlaşıb və özünü Azərbaycanın Don Kixotu rolunda görmək istəyir. Fərq ondadır ki, Servantesin Don Kixotu yel dəyirmanları ilə vuruşurdu, Rauf Arifoğlu isə məsuliyyətsiz cümlələrlə real dövlətlərarası münasibətləri hədəfə alır. Xəyali qəhrəmanlıq, boş pafos və siyasi reallıqdan qopmuş çağırışlar – budur “medallı” baş redaktorun yeni il menyusu.

Şübhəsiz ki, Arifoğlunun “Yeni İl Şüarı” emosional coşqu deyil, hesablanmış təxribatdır. Üstəlik, bunu Yeni il “təbriki”nin içinə sırımaq, fikrin nə qədər riyakar və məqsədli olduğunu açıq göstərir və o, qələmə aldığı cümlələrin məsuliyyətini anlamadan,/ odla oynayır.

Son dövrlər Ramiz Mehdiyevlə gizli sövdələşmələrinin ifşası fonunda ciddi reputasiya itkisi yaşayan bu dırnaqarası “qəhrəman”, görünür, diqqəti rüsvayçılıqdan yayındırmaq üçün hər gün yeni bir siyasi tamaşa qurur: Bir tərəfdən, hakimiyyətə həddən artıq yaltaqlanma, digər tərəfdən isə, İrana qarşı radikal şüarlar verməklə./ Lakin bu ziddiyyətli davranışlar, Rauf Arifoğlunun nə jurnalist, nə də prinsipial siyasi fiqur olduğunu göstərir. O, sadəcə olaraq, gündəmdə qalmaq üçün dəridən-qabıqdan çıxan bir Don Kixotdur.

Aydındır ki, gündəmdə qalmaq naminə edilən bu eybəcər hərəkətlər/ jurnalistika yox, ucuz siyasi şoumenlikdir. İranın “bostanına daş atmaqla” nə itirilmiş nüfuz geri qayıdar, nə də peşəkar imic bərpa olunar. Əksinə, bu cür çıxışlar/ söz sahibinin özünü gülünc vəziyyətə salır.

Sual açıq qalır: Yeni il təbriki adı altında səsləndirilən bu məsuliyyətsiz çağırışlar, kimə və nəyə xidmət edir – cəmiyyətin maraqlarınamı, yoxsa özünü Azərbaycanın Don Kixotu sayan bir baş redaktorun şəxsi ambisiyalarına?