Azərbaycan və İranın iqtisadiyyat rəsmiləri görüşüblər
İqtisadi tərəfdaşlıq məsələsi müzakirə olunub
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə edilib.
Bu məlumata əsasən, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İran İslam Respublikasının iqtisadi işlər və maliyyə nazirinin müavini, həmçinin İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının prezidenti Mehdi Heydəri ilə görüşüb.
Nazir bu barədə “X” sosial şəbəkəsində etdiyi paylaşımında bildirilib ki,tərəflər Azərbaycan və İran arasında iqtisadi münasibətlərin mövcud vəziyyətini nəzərdən keçiriblər.
Müzakirələr zamanı ticarət dövriyyəsinin artırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.Həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi və yeni layihələrin təşviqi məsələləri gündəmə gətirilib. Bununla yanaşı nəqliyyat və tranzit sahəsində əməkdaşlığın perspektivləri də dəyərləndirilib.
Görüşdə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.