Əraqçi azərbaycanlı həmkarı ilə görüşdə İranın suverenliyinin və milli maraqlarının müdafiəsinə təkid etdi:
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə İranın ABŞ və sionist rejimin təcavüzü və qeyri-qanuni təzyiqləri qarşısında öz suverenliyini və milli maraqlarını müdafiə etmək əzmində olduğunu vurğulayıb.
BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan İranın xarici işlər naziri, bu tədbirdə iştirak edən ölkələrlə apardığı məsləhətləşmələrin davamı olaraq, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb və ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq proseslər barədə onunla fikir mübadiləsi aparılıb. Görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif iqtisadi və ticarət sahələrində əldə edilən razılaşmaları və anlaşmaları nəzərdən keçirərək, Cənubi Qafqaz regionunda təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.İran və Azərbaycanın xarici işlər nazirləri mövcud razılaşmaların həyata keçirilməsinin və hər iki xalqın maraqlarına uyğun olaraq, ikitərəfli əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.Əraqçi, həmçinin Fars körfəzi və Hörmüz boğazındakı son hadisələr barədə azərbaycanlı həmkarına məlumat verib və İranın ABŞ və İsrail rejiminin təcavüzü və qeyri-qanuni təzyiqləri qarşısında öz suverenliyini və milli maraqlarını müdafiə etmək əzmində olduğunu xüsusi vurğulayıb.