Azərbaycan və İran neft-qaz əməkdaşlığının inkişafını müzakirə ediblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i423334-azərbaycan_və_İran_neft_qaz_əməkdaşlığının_inkişafını_müzakirə_ediblər
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın neft naziri Möhsin Paknejad ilə görüşüb.
(last modified 2026-09-29T15:14:20+00:00 )
Sen 29, 2026 19:12 Asia/Baku
  • Azərbaycan və İran neft-qaz əməkdaşlığının inkişafını müzakirə ediblər

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın neft naziri Möhsin Paknejad ilə görüşüb.

Tehranda səfərdə olan Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti səfər çərçivəsində bu gün Möhsin Paknejad ilə görüşərək ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.Görüşdə Tehran və Bakı arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.Bundan əlavə, Şahin Mustafayev və Möhsin Paknejad iki ölkə arasında birgə işçi qrupları çərçivəsində əldə olunmuş razılaşmaların icrasını müzakirə edib, neft və qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını nəzərdən keçiriblər.İranın neft naziri Möhsin Paknejad görüşdən sonra Azərbaycan Baş nazirinin müavini ilə apardığı müzakirələrə toxunaraq jurnalistlərə bildirib ki, Tehran və Bakı arasında uzun illərdir mövcud olan əlaqələr, eləcə də son illərdə formalaşan konstruktiv əməkdaşlıq, xüsusilə iqtisadi sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradıb.O bildirib ki, görüşdə əsas diqqət iki ölkə arasında enerji əməkdaşlığına yönəldilib.“Azərbaycan Respublikasında mövcud olan geniş imkanları nəzərə alaraq, enerji ticarəti və digər əməkdaşlıq istiqamətləri barədə ətraflı müzakirələr və fikir mübadiləsi aparıldı”, - deyə Möhsin Paknejad qeyd edib.İranın neft naziri əlavə edib ki, müzakirə olunan məsələlərin nəticələrinin əldə olunması məqsədilə tərəflərin müəyyənləşdirdiyi birgə işçi qrupları çərçivəsində onların izlənilməsi barədə razılıq əldə olunub.