May 26, 2015 14:28 Asia/Baku
  • Elmar Məmmədyarovun Rusiya səfəri
    Elmar Məmmədyarovun Rusiya səfəri

Gömrük İttifaqı Avrasiya İqtisadi İttifaqının əsas tərkib hissəsidir və Ermənistan tərəfindən işğal olunmuş ərazilərin olması bizə bu ölkə ilə vahid gömrük ittifaqında olmağa imkan vermir. Bu barədə Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov “Rusiya 24” telekanalına müsahibəsində bildirib.

“Əgər Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxararsa, sərhədlər açılarsa, vəziyyət normallaşarsa, Azərbaycan və Ermənistan arasında iqtisadi tərkib olarsa – kim bilir sabah nə baş verəcək?! Necə deyərlər, heç vaxt heç zaman demə”, - deyə, nazir bildirib.
Elmar Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin artıq yetişdiyini və mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib.
O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.


Teqlər