May 27, 2015 18:10 Asia/Baku
  • Azərbaycan İslam Partiyası
    Azərbaycan İslam Partiyası

AİP “İnsan azadlığı və Yaxın Şərqdə baş verən olaylar" mövzusunda konfrans keçirib

İslamazeri.az xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) təşkilatçılığı ilə keçirilən konfransda AİP-in siyasi məsələlər üzrə müavini Akif Heydərli ABŞ-ın İslama qarşı riyakar, aqressiv siyasətini pisləyib. O qeyd edib ki, onlar təriqətlər arasında təfriqə salmaqla müxtəlif müsəlman ölkələrində hakmiyyətpərəst insanların tamahından istifadə edib, daim bu ölkələri parçalmağa çalışırlar. Daha sonra Səudiyyə Ərəbistanında edam hökümünə məruz qalan İslam alimi Ayətulah Şeyx Nimr haqqında çıxarılan hokmü ədalətsiz adlandıran A.Heydərli bunu müqəddəs imamlarımıza qarşı törədilən ədalətsizliyin davamı adlandırıb: “Şeyx Nimrin timsalında bütün dünyada islamsevərlərə qarşı belə haqsızlıq hokm sürür. Çox təəssüf ki, ölkəmizdə də islamçıların həbsi ürəyimizi ağrıdır".
Konfransda çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov zindanlarda yatan vətənpərvər insanların bu halına təəssüf etdiyini qeyd edib. O, Ayətullah Nimrin timsalında bütün əhlibeytsevər, azadlıqsevər, ədalətsevər insanların zindana atılmasını pisləyib və gələn qonaqlara təşəkkürünü bildirib.
Quran hafizi Hacı Zülfüqar Mikayılzadə isə bütün dünyada böyük qüdrətlərin azadlığı uğrunda döyüşün getdiyini bildirib: “Biz o zaman dəyərlərin həqiqi carçıları olarıq ki, həmin dəyərlərin yanında olaq. Çünki bizim Quranımız, bunu öyrədib bizə. İmam Əli (ə) bir dəyəri ayaq altına atmaqla qələbə çala bilərdi, amma o, atmadı bu addımı. Qurani-Kərimin “Kəhf” surəsində bizə nümunə göstərilən insanlar peyğəmbər deyildilər, amma dəyəri qoruyan idilər. İnşallah, Şeyx Nimr də mübarizəmiz nəticəsində azad olar, zalım öz cəzasını alar”.

Teqlər