AR Səhiyyə Nazirliyi: “Azərbaycanda insanlar daha çox bu üç xəstəlikdən ölürlər”
https://azeri.sahartv.ir/news/azərbaycan-i194742-ar_səhiyyə_nazirliyi_azərbaycanda_insanlar_daha_çox_bu_üç_xəstəlikdən_ölürlər_
“Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir”. Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2015 10:13 Asia/Baku
  • Azərbaycanda insanlar daha çox bu xəstəliklərdən ölürlər
    Azərbaycanda insanlar daha çox bu xəstəliklərdən ölürlər

“Dünya ölkələrinin əksəriyyətində olduğu kimi, Azərbaycanda da xəstələnmə və ölüm hallarının əsas səbəblərini qeyri-infeksion xəstəliklər təşkil edir”. Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Bayramova qeyd edib ki, son 10 ildə Ümumdünya Səhiyyə Təşkilatının dünya üzrə qeyri-infeksion xəstəliklərə daxil olan 4 xəstəlik sinifi üzrə xəstələnmə halları nisbətən artıb: “Anoloji olaraq, Azərbaycanda qeyri-infeksion xəstəliklərlə yoluxma halları var. Xəsələnmənin strukturunda qan dövranı sistemi (ürək-damar), tənəffüs orqanları, endokrin sistemi (şəkərli diabet), bədxassəli yeni törəmələr (xərçəng şişləri) təşkil edir”. Liya Bayramova qeyd edib ki, qeyri-infeksion xəstəliklər səbəbindən ölüm strukturunda 1-ci yerdə - qan dövranı sisteminin xəstəlikləri, 2-ci yerdə bədxassəli yeni törəmələr, 3-cü yerdə isə tənəffüs orqanları xəstəlikləridir.