Akif Nağı və 5 QAT üzvü saxlanıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i194803-akif_nağı_və_5_qat_üzvü_saxlanıldı
Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının Bakıda qaldırılmasına, erməni idmançıların dünən Tbilisi prospektində yerləşən Heydər Əliyev adına idman sarayında keçirilən yarışlarda çıxışına etiraz olaraq, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2015 04:14 Asia/Baku
  • Akif Nağı və 5 QAT üzvü saxlanıldı
    Akif Nağı və 5 QAT üzvü saxlanıldı

Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının Bakıda qaldırılmasına, erməni idmançıların dünən Tbilisi prospektində yerləşən Heydər Əliyev adına idman sarayında keçirilən yarışlarda çıxışına etiraz olaraq, aksiya keçirib.

Qurumun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, aksiya iştirakçıları "Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol!" yazılmış plakatlar qaldırıb, şüarlar səsləndiriblər.
Aksiyanın keçirilməsinə polis müdaxilə edib və QAT-ın 6 üzvü həbs edilib. Başda Akif Nağı olmaqla Tahir Bayramov, Sevinc Axundova, Nəsib Cəfərov, Cəfər Həşimov və Hüseyn Hüseynov saxlanılaraq 20-ci polis bölməsinə aparılıblar.