İyun 29, 2015 09:10 Asia/Baku
  • 13 saylı cəzaçəkmə müəssisəsinə su verilmir
    13 saylı cəzaçəkmə müəssisəsinə su verilmir

«Azadlıq» qəzeti yazır ki, Azərbaycan Respublikasındakı 13 saylı cəzaçəkmə müəssisəsinə iki gündür içməli su verilmir.

Səhər kanalının məlumatına görə, bu haqda qəzetə cəzaçəkmə məssisəsində cəza çəkən məhbusların ailələrindən məlumat verilib. Havanın hərarətinin yüksək olduğu günlərdə suyun da kəsilməsini məhbuslar işgəncəyə bərabər hal kimi qiymətləndirirlər.

Bu cəzaçəkmə məssisəsində tanınmış siyasi məhbuslar, o cümlədən Anar Məmmədli, Tofiq Yaqublu, Pərviz Həşimli, Əli İnsanov və İlkin Rüstəmzadə cəza çəkirlər».

Teqlər