İranın Bakıdakı səfiri: Əsla nüvə silahları istehsalının ardınca olmamışıq
https://azeri.sahartv.ir/news/azərbaycan-i195379-İranın_bakıdakı_səfiri_Əsla_nüvə_silahları_istehsalının_ardınca_olmamışıq
İranın Bakıdakı səfiri deyib: İran İslam Respublikası əsla nüvə silahları istehsalının ardınca olmayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2015 06:28 Asia/Baku
  • İranın Bakıdakı səfiri: Əsla nüvə silahları istehsalının ardınca olmamışıq
    İranın Bakıdakı səfiri: Əsla nüvə silahları istehsalının ardınca olmamışıq

İranın Bakıdakı səfiri deyib: İran İslam Respublikası əsla nüvə silahları istehsalının ardınca olmayıb.

Möhsün Pak Ayin sonra deyib: Amerikanın 16 kəşfiyyat və təhlükəsizlik orqanından ibarət Amerika Milli Təhlükəsizlik Cəmiyyətinin 2007 və 2012-ci illərdəki dəyərləndirmə hesabatı da bu məsələni təsdiqləyibdir.
İranın Bakıdakı səfiri, Ayətullahuluzma Xameneinin nüvə silahından istifadənin haram olmasına dair qəti fitvasına işarə edərək, deyib: Bu fitvaya dəfələrlə amerikalı rəsmilər tərəfindən işarə edilib.
O, əlavə edib: İranı nüvə silahlarından uzaqlaşdıran məsələ, strateji və məntiqi hesablamalar, həmçinin dini və əxlaqi inanclar olubdur.
İranın Bakıdakı səfiri sionist rejimin 200 nüvə başlığı ilə regionda nüvə silahına malik yeganə tərəf olduğunu qeyd edərək, deyib ki, NPT-yə üzv olmayan bu rejim İranın altılıq ölkələri ilə nüvə razılaşmasının əsas müxalifidir.