Azərbaycan MN: Atəşkəs 82 dəfə pozulub
İyul 02, 2015 11:01 Asia/Baku
-
Azərbaycan MN: Atəşkəs 82 dəfə pozulub
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 82 dəfə pozub.
Səhər Beynəxalq Televiziyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Respulbikasının mövqeləri atəşə tutulub.Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.
Müdafiə Nazirliyi qarşı tərəfin cavab atəşi ilə susdurulduğunu bildirib.