Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını vurdu
https://azeri.sahartv.ir/news/azərbaycan-i195521-azərbaycan_ermənistanın_iki_pilotsuz_uçan_aparatını_vurdu_
Bakı mətbuatı cəbhə xəttində Ermənistanın iki pilotsuz uçan aparatının vurulması barədə məlumat yayıb. Hadisə cəbhənin Tərtər rayonu istiqamətində baş verib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 05, 2015 04:38 Asia/Baku
  • Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını vurdu
    Azərbaycan Ermənistanın iki pilotsuz uçan aparatını vurdu

Bakı mətbuatı cəbhə xəttində Ermənistanın iki pilotsuz uçan aparatının vurulması barədə məlumat yayıb. Hadisə cəbhənin Tərtər rayonu istiqamətində baş verib

APA-nın məlumatına əsasən, Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat aşkar olunaraq, açılan atəş nəticəsində vurulub.